Xavi: “Barselona”da qalmaq istədiyini deyir, amma heç nə etmir”

“Barselona”nın baş məşqçisi Xavi Ernandes futbolçusu Usman Dembele ilə müqaviləni yeniləyib-yeniləməyəcəkləri ilə bağlı suallara cavab verib.

Sozcu.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında oyunçu ilə hələlik razılığa gələ bilmədiklərini deyib:

“Dembele ilə bağlı çətin və qarışıq vəziyyət yaranıb. Usman qalmaq istədiyini desə də, bu yöndə heç nə etmir. Klub belə qənaətə gəlib ki, müqaviləni yeniləməsə, necəsə həll yolu tapılacaq. Onu çox gözlədik, danışıqlar beş ay davam etdi. Klubun maraqları hər şeydən üstündür. Dembele ya müqaviləni uzadacaq, ya da qış fasiləsində satılacaq. Onun sözləşməni uzatmasa, burada qalıb mövsümün sonuna qədər tribunaya göndərilməsi variantına baxılmır”.

Qeyd edək ki, Dembelenin “Barselona” ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.

Facebook Comments