Əliyevdən sonra Ərdoğan da Ukraynaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın söyləyib.

O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial birliyini dəstəkləyir.

Xatırladaq ki, bu ilin yanvarın 14-də Azərbayan Prezidenti İlham Əliyev də Ukraynaya səfər etmişdi.

Facebook Comments