Türkiyədə fabrikdə güclü yanğın

Türkiyənin Bursa şəhərinin Nilüfer əyalətindəki sənaye zonasında yanğın baş verib.

Sozcu.az xəbər verir ki, kimyəvi maddələr olan fabrikdə yanğının baş vermə səbəbi məlum deyil.

Fabrikin anbar hissəsində işləyən bəzi işçilər təxliyə edilib.

Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü bölgədə yanğınsöndürənlərdən başqa fabrikə yaxınlaşmağa icazə verilmir. İlkin məlumata görə, xəsarət alan və ya tələfat yoxdur.

Facebook Comments