Bu gün “The Best” mükafatının sahibləri bəlli olacaq

Bu gün FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi bəlli olacaq.

Sozcu.az xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Ən yaxşı futbolçu adına PSJ-dən Lionel Messi, “Bavariya”dan Robert Levandovski və “Liverpul”dan Məhəmməd Salah namizəddir.

2021-ci ilin ən yaxşı baş məşqçisi adına İtaliya millisinin çalışdırıcısı Roberto Mançini, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola və “Çelsi”nin baş məşqçisi Tomas Tuxel iddialıdır.

Tədbirdə həmçinin, ilin ən yaxşı qolu, azarkeşi, “fair play” mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəzmi komandası təqdim ediləcək.

Facebook Comments