“British Airways”in təyyarəsi Londondan Orlandoya səkkiz saatlıq uçuş edib.
Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, bu zaman onun göyərtəsində cəmi bir nəfər sərnişin olub.
“Ekipaj dedi ki, təyyarədə olan yeganə şəxs mən idim”, – deyə kişi “Tik-Tok”da bildirib.
O əlavə edib ki, dörd oturacağın qoltuqlarını aşağı endirib və boş təyyarədə özünə müvəqqəti çarpayı düzəldib.
Sərnişin belə bir uçuşu həyatındakı ən qəribə hava səyahəti adlandırıb.
Facebook Comments