Talibandan ölkədəki universitetlərlə bağlı qərar

Əfqanıstanda dövlət universitetləri tezliklə açılacaq.

Sozcu.az xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin ali təhsil nazirinin müavini Şeyx Əbdülbaki Həqqani məlumat yayıb.

O, i̇qtisadi problemlərin tezliklə həll olunacağını, dövlət universitetlərində yenidən təhsil və kadr hazırlığına başlanacağını vurğulayıb.

Həqqani ölkə daxilində 40 dövlət, 150 özəl universitet olduğunu xatırladaraq, təhsilin özəl universitetlərdə davam etdiyini bildirib.

Facebook Comments