Leandro Andrade rəsmən “Qarabağ”da

“Qarabağ” FK Leandro Andrade ilə müqavilə imzalayıb.

Sozcu.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade komandada 15 nömrəli formada çıxış edəcək.

Facebook Comments