“Jam.az” saytının təsisçisi Fikrət Fərəməzoğlu Baş Prokurorluğa çağırılıb.
Sozcu.az xəbər verir ki, bu haqda jurnalist özünün feysbuk səhifəsində yazıb:
“Dostlar, məni Baş Prokurorluğun Cinayət Təqibi Olmayan İşlər üzrə İdarəyə dəvət ediblər. Səbəbini soruşsam da, demədilər. Gedək, görək, nə istəyirlər”.
Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqe Nosreti bildirib ki, Jurnalistin prokurorluğa çağırılmasından 3 saat keçsə də, telefonuna zəng çatmır:
“Telfonuna hələdə zəng çatmır. Yenidən başladı! Baş Prokrorluq telfonda heç bir açıqlama vermədən çağırdı. Hələ də çıxmayıb.
Facebook Comments