“Neftçi” hücumçu ilə razılaşdı

“Neftçi” heyətinə yeni hücumçu qatmaq üzrədir.

Sozcu.az xəbər verir ki, paytaxt təmsilçisi “İnternasional”ın (Braziliya) futbolçusu Gilyerme Pato ilə razılaşıb. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “İnternasional” 22 yaşlı oyunçunun “Neftçi”yə keçə bilməsi üçün bu ilin sonuna qədər olan müqaviləsinə xitam verilməsinə razılaşıb. Ancaq forvardın transfer hüququnun müəyyən faizi “İnternasional”a məxsus olacaq. Yəni onun növbəti satışından Porto Aleqre təmsilçisi də gəlir əldə edəcək.

Qeyd edək ki, Gilyerme Pato 2021-ci ili icarə əsasında Braziliyanın digər klubu “Kuyaba”da keçirib.

Facebook Comments