Mirmahmud Mirəlioğlunun köməkçisi İsfəndiyar Vahabzadəni məhkəməyə verdi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun köməkçisi Adil Mikayıllı Azərbaycanın Moldovadakı sabiq səfiri, xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadəyə qarşı məhkəmə iddiası qaldırıb.

Sozcu.az xəbər verir ki, bu haqda Haqq Ədalət Partiyasının (HƏP) İdarə Heyyətinin üzvü Nazim Quliyev məlumat verib.

Nazim Quliyev bildirib ki, Nəsimi Rayon Məhkəməsində iddiaçı Mikayıllı Adil Eynalı oğlunun cavabdeh Vahabzadə İsfəndiyara qarşı “şərəf və ləyaqətin və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək məhkəmə baxışına çıxarılıb.

Hakim Cəmilə Musayevanın sədrliyi ilə keçən prosesdə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh 04 oktyabr 2021 -ci tarixdə LafTv internet saytında çıxış edərkən, onun üzv olduğu KXCP-in sədri Mirmahmud Mirəlioğlunun və dərin hörmət bəslədiyi Əbülfəz Elçibəyin ünvanına xoşagəlməz, təhqiramiz ifadələr işlətmiş və ona mənəvi ziyan vurmuşdur.

Nazim Quliyev bildirir ki, hakim hüquq qaydalara uyğun olmayan iddia ərizəsini qəbul edib: “Mənəvi ziyana görə cavabdehdən 20000 (iyirmi min) manat məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 23 dekabr 2021-ci ildə hakim Cəmilə Musayevanın sədrliyi ilə işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində, hakimin yönləndirici sualları və diktəsi ilə, iddiaci məhkəmə zalında iddia tələbinin dəqiqləşdirilməsi tələbinə dair cavabdehdən 100 000 (yüz min) manat mənəvi ziyana görə ərizə ilə müraciət etmişdir. Hakim, savadsız, orfoqrafik səhvlərlə dolu, Əbülfəz sözünü yaza bilməyən “sifarişçi”nin” Erize”sini qəbul etmişdir”.

Nazim Quliyev KXCP sədrinin yaxın ətrafının İsfəndiyar Fahabzadəyə qarşı qaldırılan məhkəmə iddiasını “5-ci kalonun fəallaşması adlandırır:  “İddiaçı iddia edir ki, İsfəndiyar Vahabzadə azadlıq hərəkatında iştirak etməmiş və onun əleyhinə olmuşdur. Anlamır ki, İ. Vahabzadə 1960cı illərdə milli azadlıq hərəkatının öncüllərindən olan, 1958- ci ildəki müəllifi olduğu “Gülüstan” poemasında parçalanan Azərbaycanın tarixi faciəsini işıqlandıran, rus və fars imperiyası arasında ayrılmış xalqın istiqlal uğrundakı ədalətli savaşına qoşulan, Azərbaycanın müstəqilliyi uğrunda əlindən gələni edən, 20 Yanvar faciəsini və Sovet – Qorbaçov rejimini kəskin tənqid edən, 20 Yanvar hadisələri zamanı xalqa divan tutan rus hərbiçilərin təhqir edib, generalın üzünə tüpürən, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. O, İsfəndiyar bəy ki, Azərbaycanı dəfələrlə təhqir edən “naxal” Jirinovskinin tutarlı cavabını verən HƏP-in sədr müavinidir Deyəsən “5- ci kalon” fəallaşır?! Sifarişçilər, “5-ci kalon”a xidmət edənlər, Rusiya səfirliyinə qaçıb “Jirikin heyfini çıxdıq” məlumatını verməyəmi tələsirlər?

Facebook Comments