Rus siyasətçidən təklif: “Qazaxıstan Rusiyaya birləşdirilsin” – FOTO

Rusiyalı deputat Sultan Həmzəyev Qazaxıstanın Rusiyaya birləşdirilməsini təklif edib.

Sozcu.az xəbər verir ki, siyasətçi Qazaxıstanı “Rusiyanın tarixi torpağı” adlandırıb.

“Orta Asiya rus torpağıdır. Şəbəkə Qazaxıstanın Rusiyaya mümkün birləşməsini müzakirə edir. Şəxsən mənim siyasətdən və vəzifədən asılı olmayaraq Rusiya Federasiyasının vətəndaşı kimi mövqeyim budur. Mən Qazaxıstanın tarixi vətəni – Rusiya ilə birləşməsi ilə bağlı Qazaxıstanda referendumun keçirilməsinin tərəfdarıyam. Qeyd edim ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özü bütün bəyanatlarını rus dilində edir. Düşünürəm ki, bu, əsl demokratiyanın yaxşı təzahürü olacaq”, – Həmzəyev qeyd edib.

Facebook Comments