Bu dərmanın satışı dayandırıldı – RƏSMİ

“Sanofi” şirkəti tərəfindən davam edən tədqiqatlara əsasən, “Lozap®” ticari adlı “Losartan potassium” – 50 mg tərkibli (№30 (3×10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan) dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimumunun limitdən çox olması ehtimal edilir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən xəbərə görə, bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitələrinin geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılıb.

Facebook Comments