Bu gün OPEC-in yeni rəhbərinin seçkisi keçiriləcək

Bazar ertəsi günü Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xüsusi iclası keçiriləcək.

Sozcu.az-ın xəbərinə görə, iclasın gündəliyindəki yeganə məsələ qurumun yeni sədrinin seçilməsidir. Yeni sədr fəaliyyətdə olan Məhəmməd Barkindonu avqust ayından etibarən əvəz etməlidir.

Siyahıda cəmi bir namizədin – Küveytin nümayəndəsi Haysam əl-Qaysın adı var. O, 2017-2021-ci illərdə Küveytin OPEC-dəki nümayəndəsi olub.
Üzv ölkələr yeni sədrin seçilməsi məsələsini dekabrda müzakirə etsələr də, yekun rəyə gələ bilməyiblər.

San-Fransisko Universitetinin məzunu olan Haysam əl-Qays neft şirkətlərində və Küveytin Xarici İşlər nazirliyində çalışıb. O, 6 dildə sərbəst danışır.

Facebook Comments