“Sözcü.az” saytı Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edir

“Əziz həmvətənlərimiz!

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizləri təbrik edir, qarşıdan gələn 2022- ci ilin Azərbaycanımız üçün uğurlu il olmasını arzu edirik.

31 dekabr 1989-cu ildə Azərbaycan xalqı Vətəni ayıran tikanlı məftilləri sökməklə Vətənin bütövləşməsi arzusunun ən müqəddəs davası olduğunu ortaya qoydu. Azərbaycanı ayıran tikanlı məftillərin sökülməsi xalqımızın içində zamanını gözləyən azadlıq vulkanı idi.

Bu gün xalqımızın özünə qayıdış günüdür!

Bu gün Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin, “Yolçu yolda gərək!”, – deyib: “Orda bir yol var uzaqda” səslədiyi gündür. Yolumuz uğurlu olsun!

“Əziz həmvətənlərimiz!

44 günlük vətən savaşında xalqımızın sərgilədiyi birlik vahid xalq, bütöv ruh olduğumuzu bir daha dünyaya göstərdi. İnanırıq ki, 31 dekabr hərəkatının nəticəsi Müstəqil Azərbaycan olduğu kimi, 44 günlük Vətən müharibəsinin nəticəsi demokratik, bütöv Azərbaycan olacaq!

Bir daha sizləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, yeni ildə xalqımıza ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və qələbələr arzulayır, qarşıdan gələn yeni ilin dünya azərbaycanlılarının bütün arzu və istəklərinin gerçəkləşdiyi bir il olmasını diləyirik.

Bayramlarınız mübarək!

Facebook Comments