XİN başçısı: “Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin iyun ayında Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışıb.

Sozcu.az-ın xəbərinə görə, nazir 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri de-yure strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb.

Facebook Comments