“İnter” Spalettini istefaya göndərdi – rəsmi

“İnter” baş məşqçisi Luçano Spaletti ilə yolları ayırıb.Sozcu.az xəbər verir ki, bu barədə A seriyası klubunun rəsmi “Tvitter” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2017-ci ildən “İnter”i çalışdırırdı. O, komanda ilə heç bir kubok qazana bilməyib. Ancaq İtaliya təmsilçisi Spalettinin rəhbərliyi altında ardıcıl 2 il Çempionlar Liqasında oynamağa vəsiqə qazanıb.

Əlavə edək ki, yeni baş məşqçi vəzifəsinə Antonio Kontenin təyin olunacağı gözlənilir.(Qol.az)

Facebook Comments