Milli fəalın apelyasiya şikayəti qəbul olunmayıb

Onun barəsində çıxarılan hökm qüvvədə saxlanılıb.

Təbrizli milli-mədəni fəal Əmir Səttarinin apelyasiya şikayəti qəbuk olunmayıb və onun barəsində ilkin məhkəmənin çıxardığı qərar qüvvədə saxlanılıb.

Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsinin 2-ci bölməsində Səttarinin özünün iştirakı olmadan onun ilkin məhkəmənin qərarı barədə etiraz şikayətinə baxılıb və etiraz şikayəti rədd olunaraq ilkin qərar olduğu kimi təsdiq edilib.

Bundan öncə Təbriz Cəza Məhkəməsinin 111-ci bölməsi “kiber məkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakı hərəkətlərə sövq etmək”də ittiham edib və barəsində 4 milyon tümən cərimə və 91 gün həbs cəzası verib.

Əmir Səttari 21 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq ETTELAAT-ın təcridxanasına aparılıb.

O, avqustun 11-də Təbrizin mərkəzi zindanına köçürülüb və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, Səttari bundan öncədə fəaliyyətlərinə görə saxlanılıb və barəsində qərar çıxarılıb.

O, hal-hazırda 3 illik şərti həbs cəzasını çəkir.

Əmir Səttari 2017-ci ildə saxlanıldıqdan sonra 5 illik həbs cəzasına məhkum edilib.

Səttari 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun barəsində yeni qərar çıxarıb.

Qərara görə, onun qalan 3 illik məhkumluğu şərti həbs cəzası ilə əvəzlənib.

Facebook Comments