Azərbaycan mətbuatı 2021-ci ilin ən yaxşı futbol məşqçisini seçdi!

Azərbaycanda 2021-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Sorğuda iştirak edənlərdən 4-ü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova, 3-ü “Neftçi”yə son mövsümdə Azərbaycan çempionluğunu qazandıran Samir Abasova, 2-si isə “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasova səs verib. “Keşlə” ilə son mövsümdə ölkə kubokunu qazanan Sənan Qurbanova səs verən olmayıb.

“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionatında 2-ci yeri tutmuşdu, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Ağdam komandası bu il mübarizə apardığı UEFA Konfrans Liqasında qrup mərhələsini aşaraq, tarixində ilk dəfə olaraq pley-offa vəsiqə qazanıb.

Kim kimə səs verib?

Qurban Qurbanov – 58
Rəşad Sadıqov – 4
Samir Abasov – 3
Ayxan Abbasov – 2
Sənan Qurbanov – 0

İdman saytları

Vüsal Mahmudov (“Futbolinfo.az”) – Qurban Qurbanov
Aslan Şahgəldiyev (“PFL.az”) – Qurban Qurbanov
Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov
Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov
Kamran Hacı (“Allsport.az”) – Qurban Qurbanov
Əli Sahib (“Fanat.az”) – Qurban Qurbanov
Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov
Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov
Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov
Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov
Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov
Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov
Fərəc Aslanov (“Olimpsport.az”) – Qurban Qurbanov
Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov
Daşqın Əziz (“Offsideplus.az”) – Qurban Qurbanov
İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov
Vüsal Bəbirli (“Stadium.az”) – Qurban Qurbanov
Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov
Araz Əhmədov (“Sportfm.az”) – Qurban Qurbanov
Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov
Ceyhun Əzizli (“Aut.az”) – Qurban Qurbanov
Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov
Ruslan Mikayıllı (“Azerisport.com”) – Qurban Qurbanov
İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov
İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Ayxan Abbasov
Emin Abbasov (“Sportal.az”) – Qurban Qurbanov
İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov
Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov
Ürfan Məmmədli (“Cempion.az”) – Qurban Qurbanov
Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov

Komanda.az

Rəşad Ergün – Qurban Qurbanov
Şahin Cəfərov – Qurban Qurbanov
Pərviz Eltürk – Qurban Qurbanov

İdman qəzetləri

Kənan Həsənov (“Futbol+”) – Qurban Qurbanov
Qabil Mehdiyev (“İdman”) – Qurban Qurbanov

Televiziya

Şəmsəddin Abbasov (“CBC Sport”) – Qurban Qurbanov
Mehman Rəsulov (“Real” TV) – Qurban Qurbanov
Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov
Ceyhun Rzayev (“Xəzər” TV) – Rəşad Sadıqov
Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov
Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov
Tərlan Şahinoğlu (“İdman” TV) – Samir Abasov
Tural Xudiyev ( “Space” TV ) – Qurban Qurbanov

İctimai-siyasi mətbuat

Natiq Muxtarlı (“Kaspi” qəzeti) – Qurban Qurbanov
Səbuhi Musayev (“Oxu.az”) – Qurban Qurbanov
Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov
Vəsilə İbrahim (“Konkret.az”) – Qurban Qurbanov
İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov
Səxavət Məmməd (“Yenicag.az”) – Qurban Qurbanov
Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov
Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov
Aygün Osmanova (“32gun.az”) – Qurban Qurbanov
Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Samir Abasov
Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Qurban Qurbanov
Ceyhun Musaoğlu (“Rupor.az”) – Qurban Qurbanov
Amal Abuşov (“Qaynarinfo.az”) – Qurban Qurbanov
Aqil Lətifov (“Publika.az”) – Rəşad Sadıqov
Elnur Salahov (“Report.az”) – Qurban Qurbanov
Azər Hüseynbala (“Lent.az”) – Qurban Qurbanov
Aytən Məmmədova (“Azadliq.info”) – Rəşad Sadıqov
Hacıbəy Heydərli (“Azxeber.com”) – Ayxan Abbasov
İlkin Baba (“Azərbaycan radiosu”) – Qurban Qurbanov
Həsən Fətəliyev (“Mediapost”) – Rəşad Sadıqov
Ramin Deko (“Azadlıq radiosu”) – Qurban Qurbanov
Əziz Elxanoğlu (“Turan”) – Qurban Qurbanov
Anar Rəsullu (“Sozcu.az”) – Samir Abasov
Nuh Tarverdiyev (“Sfera.az”) – Qurban Qurbanov

Sozcu.az

Facebook Comments