Çempionlar Liqasında 1/8 finalın püşkü atılır

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sozcu.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkatmada iştirak edəcək 16 komandadan 8-i qrup qalibi kimi səpələnmişlər, 8-i isə qrup ikincisi olaraq səpələnməmişlər səbətində yer alıb.

Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər.

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

Səpələnmişlər

“Ayaks” (Niderland)

“Bavariya” (Almaniya)

“Liverpul” (İngiltərə)

“Lill” (Fransa)

“Mançester Siti” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə)

“Real Madrid” (İspaniya)

“Yuventus” (İtaliya)

Səpələnməmişlər

“Atletiko” (Madrid, İspaniya)

“Benfika” (Portuqaliya)

“Vilyarreal” (İspaniya)

“Zaltsburq” (Avstriya)

“İnter” (İtaliya)

PSJ (Fransa)

“Sportinq” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

Facebook Comments