Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb

“Azərbaycanda hazırda 58 siyasi partiya var. Onlardan 7 siyasi partiya 2020, 2 siyasi partiya isə bu il qeydiyyata alınıb”.

Sozcu.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev bildirib.

Şöbə rəisi deyib ki, ölkədə 3359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri var.

Onun sözlərinə görə, son 5 ildə vətəndaş cəmiyyətlərinə 900 milyon manatdan çox məbləğ 10 minə yaxın layihə üzrə ayrılıb.

Facebook Comments