İcbari tibbi sığortaya daxil edilən cərrahi əməliyyatların sayı açıqlanıb

“İcbari tibbi xidmətlər çərçivəsində cərrahi əməliyyatların icrası da nəzərdə tutulub”.

Sozcu.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Facebook” səhifəsində “Tibbi sığorta saatı”nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.

O bildirib ki, Xidmətlər Zərfi çərçivəsində kifayət qədər çox həyati vacib əməliyyatların icrası həyata keçiriləcək: “Xidmətlər Zərfində ümumilikdə 950 sayda cərrahi əməliyyat nəzərdə tutulub. Xidmətlər zərfinə daxil olan cərrahi əməliyyatlarla bağlı məlumatı vətəndaş ailə həkimindən ala bilər”.

Facebook Comments