Bidenin Demokratiya üçün Sammitinin gündəliyi açıqlandı

Sammitdə ABŞ prezidenti Bayden və yüksək vəzifəli rəsmilər çıxışlar edəcək. Rəsmilər, xarici liderlər və vətəndaş cəmiyyəti nümayəndələri iki yarım günlük sessiyalarda Sammitin üç sütunu üzrə öhdəlikləri vurğulamaq niyyətindədirlər.

1- demokratiyanın gücləndirilməsi və avtoritarizmə qarşı mübarizə,

2-  korrupsiya ilə mübarizə

3- insan hüquqlarına hörmətin təşviqi. Tematik sessiyaların mövzularına demokratik dayanıqlığın gücləndirilməsi, texnologiya və demokratiya, demokratik təsisatların qorunması və insan hüquqlarının müdafiəsi daxildir.

Göründüyü kimi, insan haqları, korrupsiyaya və avtoritarizmə qarşı mübarizə Sammitdə əsas müzakirə mövzuları olacaq. Odur ki, 2 gün əvvəl ABŞ hökuməti yeni antikorrupsiya strategiyasını dərc edib. Bu strategiyada ABŞ hökumətinin ABŞ maliyyə institutlarında saxlanılan xarici hökumət korrupsiyası ilə əlaqəli oğurlanmış aktivləri müəyyən etmək və kleptokratiya aktivlərinin bərpası üzrə mükafat proqramının yaradılması nəzərdə tutulur. Məqsəd xalqdan oğurlanmış korrupsiya pulları ilə ABŞ-da yaradılmış aktivlərin aşkara çıxarılıb, mülkiyyət sahiblərinə qarşı sanksiyaların tətbiq edilməsi və həmin şəxsləri cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Bugün, Londonda da Beynəlxalq məsələlər üzrə Kral İnstitutunda – Chatham House-da “Böyük Britaniyanın Kleptokratiya Problemi: postsovet elitalarına xidmət qanunun aliliyini necə zəiflədir” adlı müzakirə də təşkil olunub. Mən Chatham House-da müzakirəyə canlı, Bidenin demokratiya summitinə isə virtual olaraq qoşulmaq üçün dəvət almışam. Sizi müzakirələrin gedişi və nəticələrinə dair məlumatlandıracam.

Qubad İbadoğlu,
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri

 

Facebook Comments