ABŞ Rusiyaya böyük zərbə hazırlayır

ABŞ və AB Rusiyanın ən böyük banklarına və Rusiyanın Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları nəzərdən keçirir.

Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə tətbiq olunacaq. Xüsusilə, bu sanksiyalarla rublun dollara, avroya və ya funt-sterlinqə çevrilməsini əngəlləmək mümkündür.

Ən böyük sanksiya isə Rusiyanın SWİFT beynəlxalq ödəniş sistemindən çıxarılması ola bilər, lakin agentlik bu addımın sadə vətəndaşlara da ziyan vura biləcəyini bildirib.

Agentlik bildirib ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə dekabrın 7-nə planlaşdırılan danışıqlarda sanksiyalar məsələsinə toxuna bilər.

Facebook Comments