Qusarda yeniyetmə dağdan yıxılaraq öldü

Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəkdi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Nihad Niyaz oğlu Rüstəmli dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Facebook Comments