Dünya mafiyasına satılan ən təhlükəsiz telefon FTB-nin izləmə vasitələri imiş

Avstraliyanın proqram təminatçılarından biri yerli polis və ABŞ FTB-si ilə əlbir olaraq yüzlərlə cinayətkarı aldadıb.

Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, illərlə eyniadlı xüsusi messencerin quraşdırıldığı ən təhlükəsiz smartfon kimi dünya mafiozilərinə satılan “Anom”un əslində izləmə vasitəsi olduğu ortaya çıxıb.

Məlum olub ki, telefonun satıcısı FTB-nin xüsusi əməliyyatı üçün cinayətkarları izləyib.

İndiyədək 300-dən çox cihaz müxtəlif ölkələrdəki alıcılara göndərilib. Cihazlardan gələn bütün mesajları və məlumatları izləməsi və yönləndirməsi sayəsində xüsusi xidmət orqanları 18 ölkədə 800-dən çox insanı saxlayıb.

Facebook Comments