İngilis nazir Rusiya sərhədi yaxınlığında tank sürdü

Böyük Britaniyanın xarici işlər naziri Elizabet Truss Estoniyada Rusiya sərhədi yaxınlığında tank sürüb.

Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.

Qəzet Trussun bu addımını İngiltərənin keçmiş Baş naziri Marqaret Tetçerlə müqayisə edib. Belə ki, Tetçer 1998-ci ildə Almaniyaya səfəri zamanı oxşar addım atmışdı.

Truss Rusiyanı pis niyyətli hərəkətlərdə ittiham edib və Ukraynanı işğal etməklə strateji səhvə yol verməməyə çağırıb.

O deyib ki, NATO xarici işlər nazirləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığına hərbi qüvvələr cəmləməsinə cavab strategiyalarını müzakirə etmək üçün Latviyada toplanacaq.

Facebook Comments