Tehran həbsxanasında saxlanılan Arəş Cohəriyə təzyiq edilir- Anası videomüraciət yaydı

Güney Azərbaycanın Muğan bölgəsindən olan və Tehran həbsxanasında saxlanılan sinfi fəal Arəş Cohəriyə və ailəsinə təzyiq göstərilir. Bu barədə fəalın anası açıqlama verib.

Məhbusun anasının bildirdiyinə görə, bundan öncə Tehran məhkəmə sisteminin başçısı zindanda Arəş Cohəri də daxil olmaqla məhbuslarla görüş keçirib. Başçı onlara deyib ki, məzuniyyətə buraxılmaq üçün ailələri müraciət etməlidir.

Muğanlı məhbusun anası sosial mediada yayınlanan görüntülü açıqlamasında bildirib ki, məhkəmə başçısının vədləri yerinə yetirilməyib və o iki aydır hər həftə Muğandan Tehrana gəlməsinə baxmayaraq, oğlunun məzuniyyətə buraxılması ilə bağlı nəticə əldə edə bilməyib.

“İki aydır Tehrana gəlir, nazir və başqa əlaqədar qurumlara müraciət edirəm. Hər dəfə qarşıdakı həftə müraciə elə deyib məni geri qaytarırlar. Son müraciətimdə isə Arəşin məzuniyyətə buraxılmasına razılıq verilmədiyini dedilər”-deyə, sinfi fəalın anası bildirib.

Qeyd edək ki, güneyli fəal 5 oktyabr 2020-ci ildə saxlanılaraq istintaq təcridxanasının təkadamlıq kamerasına köçürülüb.

Arəş Cohəri istintaq bitdikdən sonra girov qarşlığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmaq əvəzinə bir başa zindana göndərilib və barəsində 16 il həbs cəzasının çıxarıldığı elan olunub.

Facebook Comments