Neymar ili başa vurdu

Ötən gün Fransa Liqa 1-in 15-ci turunda “Sent Etyenn”lə oyunda zədələnən PSJ-nin futbolçusu Neymar ilkin tibbi müayinədən keçib.

Sozcu.az RMC-yə istinadən xəbər verir ki, topuğundan zədə alan braziliyalı hücumçu 6 həftə yaşıl meydanlardan kənar qala bilər. Təkrar müayinədən sonra Neymarın vəziyyəti tam dəqiqləşəcək.

Xatırladaq ki, görüşün sonun yaxın rəqib futbolçunun kobud oynaması nətcəsində yerdə qalan Neymara həkimlər bir neçə dəqiqə yardım göstərib və meydanı xərəkdə tərk edib.

Facebook Comments