Kimlərin “omikron”a yoluxma ehtimalı daha yüksəkdir?

Cənubi Afrika Respublikasından olan həkimlər koronavirusun yeni “omikron” ştamının gənc əhali arasında yayılma sürətindən narahatdırlar.

Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazır.

“20 və 30 yaşdan bir qədər yuxarı gənclər orta və ağır halda gəlirlər, bəzilərinin reanimasiyaya ehtiyacı olur. Onlardan təxminən 65 faizinə peyvənd vurulmayıb, qalanların əksəriyyəti isə yalnız birinci doza ilə peyvənd olunub”, – deyə Yohannesburq xəstəxanasının reanimasiya şöbəsinin müdiri Rudo Mativa bildirib.

Ekspert qeyd edib ki, yoluxmaların sayının artması davam edərsə, tibb müəssisələrində sıxlıq yaranacaq. Ona görə də indidən intensiv terapiya çarpayıları hazırlanmalıdır.

Facebook Comments