Türkiyə F-35-in “surətini” ala bilər

Çinin beşinci nəsil J-31 hərbi təyyarəsinin qlobal bazarda ABŞ istehsalı F-35 ilə rəqabət apara biləcəyi iddia edilib.

Sozcu.az xəbər verir ki, Çinin “Aviation İndustry Corp of China” müdafiə şirkətinin sədri Lin Zuominq J-31-in F-35 qırıcısından üstün olduğunu söyləyib.

Digər tərəfdən Türkiyənin F-35-ə alternativ olaraq Çindən J-31 döyüş təyyarələri ala biləcəyi ilə bağlı iddialar irəli sürülüb.

Qeyd edək ki, “Şenyanq J-31” Çinin iki mühərrikli 5-ci nəsil çoxfunksiyalı döyüş təyyarəsidir. İlk uçuşunu 2012-ci ilin noyabrında edən təyyarə ABŞ rəsmiləri tərəfindən “F-35-in surəti” kimi təqdim edilir.

Facebook Comments