Bitkoin çökdü – SƏBƏB

Bitkoinin qiyməti noyabrın 27-də 53,55 min dollar təşkil edib.

Sozcu.az Trend-ə istinadən bildirir ki, bu, oktyabrın əvvəlindən bəri ən aşağı göstəricidir.

Bitkoin digər aktivlərlə birlikdə kəskin şəkildə aşağı düşərək. Coin Metrics-in məlumatına görə, bitkoin cəmi 24 saat ərzində 8% ucuzlaşıb. Belə ki, kriptovalyuta bu ayın əvvəlində əldə edilən rekord həddən – 69 min dollardan 20% ucuzlaşıb.

Bundan əvvəl, noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştammı haqqında məlumat verəndən sonra, qlobal birjalarda eniş müşahidə olunmağa başladı.

Facebook Comments