Milli fəal Ərdəbil zindanına qayıdıb

Rza Vasiqi Ərdəbil hzindanına geri qayıdıb.

Ərdəbilli milli fəal Rza Vasiqi məzuniyyət müddətinin bitməsi səbəbindən noyabrın 24-də iki illik həbs cəzasının qalan hissəsini çəkmək üçün Ərdəbil zindanına qayıdıb.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

Facebook Comments