Məşhur şounun münsifi o olacaq

Dünyaca məşhur “Central Asia’s Got Talent” (Talant Mərkəzi Asiya ) şousunda münsiflər heyətinə daxil olan azərbaycanlı məşhurun kimliyi məlum olub.

Sozcu.az Olay-a istinadən xəbər verir ki, lisenziyalı layihənin əsas 4 jürisindən biri aktrisa- rəqqasə Oksana Rəsulovadır.

O. Rəsulova məlumatı saytımıza təsdiqləyib.

Qeyd edək ki, yarışma bu gün dünyanın 70-dən çox ölkəsində yayımlanır. “Got Talent” formatı dünyanın ən uğurlu realiti-şousu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Şounun seçimi beş ölkədə – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək.

Yarışın finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir.

Facebook Comments