BƏƏ vəliəhdi bu gün Türkiyəyə gəlir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi Məhəmməd bin Zayed ən-Nəhyan bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək.

Sozcu.az xəbər verir ki, görüş zamanı BƏƏ və Türkiyə arasında münasibətlər və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bu, Ərdoğan və ən-Nəhyanın 2012-ci ilin fevralından sonra ilk təkbətək görüşüdür.

Facebook Comments