Güneyli məhbuslara dəstək kampaniyası başladı: İnsan Haqları Təşklatı müraciət yaydı

“Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyəti güneyli məhbuslara dəstək kampnaiyasına başlayıb.

Təşkilat siyasi dustaqların azadlığa buraxılması üçün imzatoplama kampaniyasının keçirilməsinə çağırıb.

Bununla bağlı cəmiyyətin rəsmi saytında qurumun rəhbəri doktor Jalə Təbrizlinin yayınlanıb.

“İran İslam Cümhuriyyətinin həbsxanalarında saxlanılan məhbuslar, özəlliklə Abbas Lisani ilə bağlı hüquqi bəyanat hazırlamışıq.

Lütfən bu bəyanatı imzalamaqla azərbaycanlı məhbuslara dəstəyinizi bildirin.

Bu onlar üçün görə biləcəyimiz ən asan işdir.

Bu bəyanat Abbas Lisaniyə dəstəyini bildirir və onun dərhal azadlığa buraxılmasını tələb edir.

Bununla yanaşı Beynəlxalq İnsan Haqları Təşkilatlarından İranda insan hüquqlarının pozulmasına laqeyd yanaşmamaları, buna tənqidi yanaşaraq əməli addımlar atmaları gözlənilir”-deyə, müraciətdə bildirilir.

Müraciəti bu linkdə daxil olub imzalamaq mümkündür:
http://https://ipetitions.net/Lisani

Facebook Comments