Jirinovskinin adına şəhər? – Jirnovsk meri əsəbiləşdi

Jirnovsk şəhərinin meriyası şəhərin Vladimir Jirinovskinin şərəfinə adlandırılması ilə bağlı təklifi (“i” hərfi artırılmaqla – red.) cəfəngiyyat adlandırıb.

Sozcu.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Meriyadan bildirilib ki, bu, bir növ axmaq, həm də trol fikirdir:

“Biz artıq gözlənildiyi kimi reaksiya verdik – şəhər həmişəki kimi adlanacaq. Şəhərin adının Jirinovskinin şərəfinə dəyişdirilməsi təşəbbüsü axmaqlıq olardı. Şəhərin onunla heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının vitse-spikeri Boris Çernışov Jirnovsk şəhərinin adını Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin şərəfinə dəyişdirilməsi ilə bağlı təklif vermişdi.

Facebook Comments