Qərbi Azərbaycanda bələdiyyə işçiləri həbs olunub

Qərbi Azərbaycanda bələdiyyə işçiləri həbs olunub. Bu barədə Bukan şəhərinin fərmandarı Məhəmməd Əminzadə məlumat verib.

Onun sözlərinə görə, şəhərdə 4 bələdiyyə işçisi həbs olunub.

Məhəmməd Əminzadə mətbuata verdiyi açıqlamada saxlanılan 4 bələdiyyə işçisi və 4 nəfər dəllalın tikinti sahəsində baş verən mənimsəmələrə və korrupsiya hallarına görə saxlanıldıqlarını söyləyib.

O, saxlanılanların təcridxanaya köçürüldüyünü, barələrində cinayət işinin açıldığını və araşdırmaların davam etdiyini bildirib.

“Son zamanlar şəhər bələdiyyəsində korrupsiya və mənimsəmə hallarının baş verdiyi barədə məlumatlar təhlükəsizlik idarəsi tərəfindən araşdırıldıqdan sonra səbəbkarların həbsi barədə qərar verilib”-deyə, Əminzadə həbs əməliyyatının təhlükəsizlik məmurları tərəfindən həyata keçirildiyini qeyd edib.

İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb.

Bundan bir müddət öncə Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabatda İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasında yer alıb.

Facebook Comments