İKİÜZLÜLÜK! İran saytı Alen Simonyanın Azərbaycana qarşı tvitini PAYLAŞDI

İran saytı Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycana qarşı tvitini yayıb.

Sozcu.az İran mediasına istinadla xəbər verir ki, İranın SEPAH hərbi təşkilatına yaxın “mashreghnews”(MƏŞRİQXƏBƏR) saytı bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycana qarşı tvitini paylaşıb.

İran saytı “Ermənistan parlamentinin sədrinin 9 noyabr bəyannaməsinin pozulmasına reaksiyası” başlıqlı yazı dərc edib. Alen Simonyanın “Twitter” hesabındakı tvitin mətni paylaşaraq, onun Azərbaycan Respublikasına qarşı irəli sürdüyü əsassız ittihamlarına və guya “Azərbaycanın Ermənistana təcavüz etməsi” ilə bağlı iddiasına dolayısı ilə dəstək nümayiş etdirib.

İran saytında deyilir ki, Ermənistan parlamentinin sədri bir neçə saat əvvəl “Twitter” hesabında paylaşım edərək bunları yazıb:
“Azərbaycan üç tərəfli 9 noyabr bəyannaməsini pozub.

BMT nizamnaməsinə əsasən, Ermənistan Respublikası gücdən və ya istənilən vasitədən istifadə etməklə öz ərazi bütövlüyünə və suverenliyinə qarşı edilən hər hansı bir təcavüzün qarşısını almaq hüququna malikdir”, -deyə Alen Simonyanın “Twitter”dəki paylaşımında bildirilir.

Maraqlısı budur ki, Simonyan öz tvitini farsca yazıb.konkret

Facebook Comments