Gürcü müxalifəti elan etdi: Tiflisin iki səmtində…

Gürcüstan müxalifəti paytaxt Tiflisin iki bölgəsində genişmiqyaslı aksiya keçirəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya deyib.

“Plan dəyişməz olaraq qalır: Qələbəyə qədər etiraz… Sabah iki nöqtədə toplaşırıq: “300 araqveli” metrostansiyası ətrafı və “Didube” stansiyası yaxınlığında…” – Meliya bildirib.

O, həmçinin Saakaşvilinin aclıq aksiyasını dayandırmaq barədə qərarını da alqışlayıb.

Facebook Comments