“Barselona” Valverdeni istefaya göndərir – bu gün

“Barselona” bu gün baş məşqçisi Ernesto Valverde ilə yolları ayıracaq.

Sozcu.az-ın Kataloniyanın “RAC1” radiosuna istinadən yaydığı xəbərə görə, 55 yaşlı mütəxəssisin istefaya göndərilməyi ilə bağlı qərar qəbul edilib. Qərarın bu gün ərzində açıqlanacağı bildirilib.

Qeyd edək ki, “Barselona” cari mövsümü 1 kubokla bitirib. Komanda La Liqanın qalibi olsa da, Çempionlar Liqası və İspaniya kubokunda eyni uğuru təkrarlaya bilməyib.(Qol.az)

Facebook Comments