“Dövlətimizlə yanaşı, imkanlı şəxslər də şəhid və qazilərimizə dəstək olmalıdır”

“Şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün dövlətimiz kifayət qədər addımlar atır”

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov dövlətimizlə yanaşı, müvafiq qurumların da bu istiqamətdə işlər görməsinin vacib olduğunu bildirib:

“Amma bu işləri təkcə dövlətimiz etməməlidir, vətəndaşlarımız, iş adamlarımız, icra başçıları, İcra Hakimiyyətində işləyən insanlar da bu istiqamətdə işlər görməlidir. Dövlətimiz çox sağ olsun ki, məktəblərimizə şəhidlərimizin adlarını verir. Dəfələrlə demişəm ki, adlarını sadaladığım qurumlar da şəhid və qazilərimizin ailələrinə dəstək olmalıdır. Bütün bunlar belə də olmalıdır. Qarşıdan Zəfər Günümüz gəlir və bu bizim şərəfli tarixlərimizdən biridir. Biz artıq dəyişməliyik, bu xalq çox yaxşı xalqdır. Bu birliyin, bütövlüyün sayəsində torpaqlarımızı işğaldan azad etdik. Qarşıda bizi çox gözəl günlər gözləyir. Mən xalqımızın gələcəyini çox yaxşı görürəm”.

Facebook Comments