Saakaşvili nə qədər dözə biləcək? – Həkim

Aclıq çəkən insanın neçə gün dözə biləcəyini dəqiq söyləmək mümkün deyil, çünki hər şey bir neçə amildən – insanın çəkisi və piy hüceyrələrindən, qaraciyərin vəziyyətindən, bədəndə qlükozadan, hansı növ aclıq aksiyası keçirməsindən, gündəlik nə qədər maye qəbul etməsindən və s. asılıdır. Həyata birbaşa təhlükə ciddi aclıq aksiyasının altıncı həftəsində başlayır.

Sozcu.az xəbər verir ki, bu sözləri gürcü həkim Nona Abesadze 36 gündür aclıq aksiyası keçirən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səhhətində hansı proseslərin getdiyi və kritik məqamın nə vaxt gələcəyi haqda danışarkən deyib.

O bildirib ki, insan orqanizmində ilk baş verən hal qlükoza və hemoqlobinin səviyyəsinin azalması, qanda formulun və böyrəklərin fəaliyyətinin pozulmasıdır.

Qeyd edək ki, Saakaşvili özünü siyasi məhbus hesab etdiyi üçün etiraz əlaməti olaraq 36 gündür aclıq aksiyası keçirir.

Facebook Comments