Əli İnsanovla Əli Əliyev arasında görüş olub -FOTO

Haqq Ədalət Partiyasının (HƏP) mərkəzi qərargahında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ilə HƏP sədri Əli İnsanov arasında görüş keçirilib.
Sozcu.az -ın xəbərinə görə, görüşdə Azərbaycanın qarşısında duran həlli vacib olan problemlər ətrafında geniş fikir mübadiləsi aparılaraq, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş qarşılıqlı anlaşma şəraitində keçib.

Görüşdə VİP sədrinin müavini Yusif Vəliyev və HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli də iştirak ediblər.

Facebook Comments