Separatçı erməni rejimi hələ də 30 min hektara yaxın torpağımızı şumlayır…

“Müharibədən sonra biz əkin sahələrinin təxminən 70%-ni itirdik…” -Separatçı “nazir”…

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində hələ də tör-töküntüləri sülənən separatçı-terrorçu rejimin nəzarətində 30 min hektara yaxın əkilib-becərilə bilən torpağımız qalıb.

Sozcu.az xəbər verir ki, bu haqda qondarma rejimin qanunsuz “iqtisadiyyat və kənd təsərrrüfatı” “naziri” Vilen Avetisyan Xankəndindəki separatçı erməni nəşrlərinə bildirib.

“2020-ci il müharibəsinə qədər torpaq balansı 133 min hektardan çox olub ki, bunun da rəsmi məlumatlara görə, 100 min hektara yaxını əkilib-becərilib. Müharibədən sonra biz əkin sahələrinin təxminən 70%-ni itirdik. Lakin buna baxmayaraq 20 min hektara qədər payızlıq əkin sahələrini şumlamağı planlaşdırırıq. Qeyd edək ki, bu rəqəm hava şəraitindən və insanların maddi imkanlarından asılı olaraq dəyişə bilər. Yazlıq əkinlərin 5-7 min hektar arasında aparılması planlaşdırılır” – separatçı məmur belə deyib.moderator

Facebook Comments