Qubad İbadoğlu partiyasının qeydiyyatından danışdı

“ADR Partiyasının dövlət qeydiyyatına alınması ilə bağlı yayılan xəbərlərə rəğmən bildirmək istərdim ki, ADR-in sənədləri Ədliyyə Nazirliyinə hələ təqdim olunmayıb. Sənədlər qeydiyyat üçün hazırlanır və təqdim olunanda da, prosesin gedişində də sizə məlumat veriləcək, sizdən gizli heç bir informasiya qalmayacaq, nə varsa, necə varsa hamısını açıqlayacagıq. Bizim üstünlük verdiyimiz əsas dəyərlərdən biri də şəffaflıq və hesabatlılıq, açıq və səmimi fəaliyyətdir. Odur ki, xahiş edirəm ki, ADR Partiyasının qeydiyyatı ilə bağlı açıqlamanı bizdən gözləyin”.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) partiyasının sədri Qubad İbadoğlu deyib.

“Partiya yaxın zamanlarda Ali Məclisin toplantısını keçirməyi planlaşdırır. Ali Məclis sərbəst üzvlərini, İdarə Heyətini seçəcək, bundan sonra ADR Partiyası sədrinin təyinatları olacaq. ADR Partiyası yerli və mərkəzi rəhbər strukturlarının formalaşmasından sonra tam fəaliyyətə başlayacaq. Partiyanın idarəetmə strukturlarını və onların fəaliyyətini daha təkmil etmək üçün sizdən də təkliflər gözləyirik. Bu barədə mənə, birbaşa inboxa da yaza bilərsiniz”, – deyə Qubad İbdoğlu qeyd edib.

Facebook Comments