NATO Rusiyaya qarşı sərtliyini göstərməlidir – Almaniya

NATO ehtiyac yaranacağı təqdirdə silah tətbiq etməyə hazır olduğunu Rusiyaya nümayiş etdirməlidir.

Sozcu.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

“Heç kim alyansın Baltikyanı və Qara dəniz ölkələrindəki tərəfdaşlarına hücum imkanlarını nəzərdən keçirməməlidir. Moskva bu dövlətlərin hava məkanını sistematik olaraq pozur”, – deyə o bildirib.

Nazir Rusiyanı daimi kiberhücumlarda və Belarusla sərhəddə miqrasiya böhranının alovlanmasında günahlandırıb.

Facebook Comments