Ərdoğan: Baydendən soruşacam ki, nə edirik?

F-35 gərginliyini Romadakı G20 sammitində Baydenlə danışacağıq.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualına cavab olaraq deyib.

“Nə edirik, nə baş verir?” soruşacağıq. Heç bir halda Türkiyənin hüquqlarının pozulmasına icazə verməyəcəyik. Hazırda danışıqlar gedir. Ancaq 1 milyard 400 milyon dollarımızı bu və ya digər şəkildə alacağıq”, – deyə Ərdoğan bildirib.

Facebook Comments