Oğurluğa getdiyi evin sahibindən incidi: MƏKTUB YAZDI

Bu qeyri-adi hadisə Hindistanın Madhya-Pradeş ştatında baş verib.

Sozcu.az lent.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan kişi iki həftədən sonra qayıdanda evinə oğru girdiyini müəyyən edib. Ancaq ev sahibini soyğunçuluğa məruz qalmasından çox, əsəbi cinayətkarın yazdığı məktub təəccübləndirib.

Oğru, görünür, “ovunun”ümidlərini doğrultmadığından çox məyus olub..

“Evdə pul olmadıqda, onun qapısını kilidləməyə ehtiyac yoxdur”, – oğru məktubunda qeyd edib.

Ümumilikdə soyğunçu evdən bir neçə zinət əşyası və 30 min rupi götürüb. Yerli polis artıq istintaqa başlayıb, amma hadisənin dəqiq nə vaxt baş verməsinin məlum olmaması məsələni çətinləşdirir.

Facebook Comments