“Ronaldo ən yaxşı beş futbolçudan biri belə deyil”

İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano tarixin ən yaxşı beş futbolçusunun siyahısını tərtib edib.

Sozcu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, siyahıya Portuqaliya millisinin və “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonu daxil etməyib:

“Kriştiano Ronaldo tarixin ən yaxşı oyunçusudur? Mənə görə ilk beşliyə belə daxil deyil. Mənim üçün Lionel Messi, Pele, Maradona, Kroyf və Ronaldo (braziliyalı – red.) fərqli səviyyəli fenomenlərdir. Siyahıdakı birini dəyişdirməli olsaydım, Marko van Basteni qoyardım”.

Xatırladaq ki, K.Ronaldo dünyanın ən yaxşı futbolçusu kimi 5 dəfə “Qızıl top”u qazanıb.

Facebook Comments