Azərbaycanda son 15 ayda 4,8 mindən çox kreditə subsidiya verilib

Ötən ilin iyun ayından bu ilin oktyabr ayınadək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı 6 007 müraciət daxil olub və bunlardan 4 849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 mln. manatdır.

Facebook Comments